NEFTÇİLƏR METROSUNA 5 DƏQİQƏLİK PİYADA MƏSAFƏDƏ TƏCİLİ MƏNZİL SATILIR!!
Neftçilər metrosunun ən əlverişli yerlərindən birində 229 nömrəli orta məktəbin düz yanında yerləşən 5 mərtəbəli daş binanın 1-ci mərtəbəsində 3 otaqlı mənzil satışa çıxarılıb.
Bu mənzili fərqləndirən əsas məqamlardan biri binanın çox gözəl və abad həyətidir. Həyətdə yeni salınmış yaşıllıq idman meydançası var və ərazi çox təmiz sakit və səliqəlidir. Şəkillərdə də həyətin vəziyyəti aydın görünür.
Mənzil 1 ci mərtəbədə yerləşsə də adi 1 ci mərtəbə deyil. Yerdən təxminən 7 pilləkən hündürlükdədir və rahat yerləşməsi ilə seçilir.
Balkon otağa çevrilərək (4- cü otaq) əlavə yaşayış sahəsi kimi istifadə olunur.
Binanın alt hissəsi quru vəziyyətdədir və mənzilin altında anbar kimi istifadə olunan əlavə sahə mövcuddur.
Mənzil skvaznoydur Həm ön həm də arxa tərəfə baxışı olduğundan işıqlı və havalıdır.
Ərazinin metroya və məktəbə yaxınlığı binanın daş olması abad həyəti və əlavə saxlanc sahəsinin olması mənzili həm yaşayış üçün həm də gələcəkdə yatırım etmək üçün yaxşı seçimə çevirir.
Ən maraqlısı isə mənzilin real dəyərindən xeyli aşağı qiymətə təklif olunmasıdır. Belə yerləşmədə və bu xüsusiyyətlərdə mənzil axtaranlar üçün baxmağa dəyər variantdır.
Əlavə məlumat və baxış üçün əlaqə saxlaya bilərsiz.
Ofis haqqı- 1% təşkil edir.