Tibb Universitetinə 5 dəqiqəlik məsafədə, Həsən Əliyev küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində yerləşən tam təmirli obyekt icarəyə verilir. Obyektin ümumi sahəsi 100 kvadrat metrdir və 16 mərtəbəli yeni tikili binanın 1-ci mərtəbəsində yerləşir. Obyekt geniş vitrajlı pəncərələrə malikdir, küçədən yaxşı görünür və müxtəlif biznes sahələri üçün əlverişlidir. Ətrafında çoxsaylı biznes plazalar, Tibb Universiteti, Olimpik Star, EGE Hospital, ASAN xidmət və digər tanınmış obyektlər yerləşir. Ərazi gediş-gəlişin intensiv olduğu, həm avtomobil, həm də piyada baxımından əlverişli lokasiyadır. Aylıq icarə haqqı 2000 AZN-dir.