Əhmədli metrosunun yaxınlığında ASAN xidmət və Heydər Əliyev Parkının yanında yerləşən Amal 2015 premium yaşayış kompleksində 66 kv.m təmirsiz mənzil satışa çıxarılıb.
Mənzil 2 otaqlı studiya formatında təmir üçün ideal variantdır. Geniş sahəsi və düzgün planlaşdırılması hesabına müasir və rahat yaşayış üçün zövqə uyğun təmir etmək mümkündür.
Kompleksin yerləşmə mövqeyi infrastruktur baxımından olduqca əlverişlidir. Mənzil həm Əhmədli, həm də Həzi Aslanov metrolarına piyada məsafəsində yerləşir. Binanın qarşısından şəhərin müxtəlif istiqamətlərinə hərəkət edən marşrutlar fəaliyyət göstərir.
Ərazidə məktəblər, uşaq bağçaları, marketlər, iaşə obyektləri və gündəlik yaşayış üçün zəruri olan digər infrastrukturlar mövcuddur.
Mənzil həm şəxsi yaşayış, həm də investisiya məqsədilə əlverişli seçimdir. Təmirsiz olması yeni sahibinə mənzili öz zövqünə və tələblərinə uyğun şəkildə formalaşdırmaq imkanı verir.
Qiymət 165000 AZN təxminən 97060 USD
Real alıcıya yerində qiymət endirimi olacaq.