Bakının ən prestijli və əlverişli yaşayış məkanlarından birində, Elmlər Akademiyası metrosunun əsas girişinin tam qarşısında yerləşən daş binada 2 otaqlı, əlavə artırması olan mənzil kirayə verilir.
Mənzil 5 mərtəbəli binanın 4-cü mərtəbəsində, orta blokda yerləşir. Binanın hər iki tərəfinə baxışı olan mənzil işıqlı və yelçəkəndir. Təmirli, əşyalı və yaşayış üçün bütün zəruri şəraitlə təmin olunub.
Binada yüksək kontingent yaşayır. Geniş həyəti, 4 şlaqbaumu və avtomobillərin rahat park edilməsi üçün kifayət qədər yeri mövcuddur. Mərkəzi istilik sistemi ilə təmin olunan binanın qazanxanası həyətində yerləşir. Bu səbəbdən mənzil qış aylarında olduqca isti olur.
Mənzil işləyən tələbələrə və ailəyə kirayə verilir.
Qeyd: Kirayə üçün 2 aylıq ödəniş öncədən tələb olunur, əlavə olaraq depozit alınacaq.
Ofis haqqı 30% təşkil edir.